Menu

Emil Məmmədov həbsdə qaldı

11.06.2014, 19:17
Emil Məmmədov həbsdə qaldı

İyunun 11-də Salyanda fəaliyyət göstərən Demokratiyaya Yardım İctimai Birliyinin sədri, həbsdə olan hüquq müdafiəçisi Emil Məmmədovun məhkəmə prosesi keçirilib.

“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansından “Media forum” saytına verilən məlumata görə, Salyan Rayon Məhkəməsi Emil Məmmədov haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi vəsatətinə baxılıb. Məhkəmə vəsatəti qəbul etməyib və Emil Məmmədov həbsdə saxlanılıb. Hüquq müdafiəçisi məhkəmədə iştirak etməyib. Prosesə məhbusun ailə üzvlərinin buraxılmadığı xəbər verilir.

Emil Məmmədov mayın 14-də həbs edilib. O, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) təqsirləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol