Menu

”Ukraynaya hücum etməliyik”- Putinin məsləhətçisi

11.06.2014, 19:38
”Ukraynaya hücum etməliyik”- Putinin məsləhətçisi

Hədə dolu çıxışları ilə seçilən Rusiya prezidenti Vladimir Putinin köməkçisi Serqey Qlazyev yenə Ukrayanın ünvanına kəskin fikirlər səsləndirib.Aktual.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, o, bildirib ki, hazırda Ukraynanın şərqinə hücum etmək şansı yaranıb. Altı aydan sonra belə imkan olmayacaq. “Ekspert” jurnalının Ukraynanın şərqindəki hadisələrə həsr etdiyi dəyirmi masadakı çıxışında Qlazyev vurğulayıb ki, Kiyevin yürütdüyü siyasət Donbas əhalisinin məhvinə, genosidinə yönəlib.

Amerika Birləşmiş Ştatlarının Ukrayna rəhbərliyini, o cümlədən, yeni prezident seçilən Pyotr Poroşenkonu Donbasla müharibəyə təhrik etdiyini dilə gətirən rusiyalı siyasətçi bildirib ki, bu addımlar, həmçinin, Rusiya əleyhinə yönəlib.

Çıxışının sonunda tanklarla, ağır hərbi texnika ilə Kiyevə hücum çəkməyin vacibliyini səsləndirən Qlazyev diqqətə çatdırıb ki, ölkəsi bunu indi etməlidir, əks halda Rusiya böyük itkilər verməli olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol