Menu

Səfir Elxan Poluxov Braziliya Senatının radiosuna müsahibə verib

30.05.2017, 02:41
Səfir Elxan Poluxov Braziliya Senatının radiosuna müsahibə verib

Mayın 25-də Azərbaycan Respublikasının Braziliyadakı Səfiri Elxan Poluxov Braziliya Senatının radiosu olan “Radio Senado”-da “Parlamentos do Mundo” proqramında Azərbaycana həsr edilmiş verilişə müsahibə verib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, müsahibə zamanı Səfir Elxan Poluxov Azərbaycanın tarixi, mədəniyyəti, regional layihələri, Azərbaycan Respublikasının Parlamenti və ölkənin qanunverilcilik sistemi, son illər ərzində əldə edilmiş uğurlar və xüsusi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı danışıb.

Məlumat üçün bildirək ki, “Radio Senado”-nun tabeliyində 10 və əməkdaşlıq etdiyi 7 radio stansiya mövcuddur və bütün Braziliyanı əhatə edən yayıma malikdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol