Menu

Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

30.05.2017, 09:26
Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Mayın 29-da Minskdə Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkov ilə Azərbaycanın bu ölkəyə yenidən təyin olunmuş səfiri Lətif Qəndilov arasında protokol görüşü baş tutub.

"Report" xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, görüş zamanı tərəflər ikitərəfli hərbi əməkdaşlığı və onun perspektivlərini müzakirə ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol