Türkiyə konsulluğunun işçiləri "İraq və Şam İslam Dövləti" (İŞİD) qruplaşmasının silahlılarının nəzarət altında olan Mosulu tərk edə bilməyiblər
Mosuldakı Türkiyə konsulluğunun işçiləri "İraq və Şam İslam Dövləti" (İŞİD) qruplaşmasının silahlılarının nəzarət altında olan şəhəri tərk edə bilməyiblər.ANS PRESS-in məlumatına görə, bu barədə Mosulun qubernatoru Əsil ən-Nəcəfi bildirib.
Diplomatlar yaraqlıların konsulluğun binasını partlatmaq hədəsindən sonra diplomatik nümayəndəliyin qapılarını açmağa məcbur olublar.
Türkiyə hökuməti təsdiq edib ki, Mosuldakı baş konsul da daxil olmaqla 14-15 nəfər girov götürülüb. Hazırda Türkiyənin Baş naziri bu məsələ üzrə təcili görüş keçirir.
Bir müddət əvvəl xəbər verilmişdi ki, "əl-Qaidə" ilə əlaqəsi olan İŞİD əhalisinin sayına görə İraqın ikinci böyük şəhəri olan Mosula nəzarəti ələ keçirib.


Şərhlər