Menu

"Sberbank" 45 min işçisini ixtisar edəcək

30.05.2017, 16:38
"Sberbank" 45 min işçisini ixtisar edəcək

Rusiyanın ən böyük universal kommersiya bankı olan "Sberbank" 2025-ci ilə qədər işçilərin sayını 13,8% və ya 45 min nəfər azaldaraq 280 minə endirməyi planlaşdırır.

"Report" "Rambler News Service"ə istinadən xəbər verir ki, bunu "Rossiya24" telekanalına müsahibəsində Bankın İdarə Heyətinin sədri German Qref

bildirib.

Bankir qeyd edib ki, işçilərin məşğulluq strukturu prinsipial şəkildə dəyişdiriləcək. "Bizim üçün əsas olan hər bir əməkdaşımızın təhsil alması, yenidən öyrədilməsi və yeni ixtisasa yiyələnmə imkanının verilməsidir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol