Menu

MDB ölkələrinin antiterror bölmələrinin rəhbər heyətinin iclası keçirilir

31.05.2017, 11:46
MDB ölkələrinin antiterror bölmələrinin rəhbər heyətinin iclası keçirilir

Düşənbədə MDB ölkələrinin antiterror bölmələrinin rəhbər heyətinin iclası keçirilir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, "Düşənbə: Antiterror-2017" adı və MDB Antiterror Mərkəzinin (ATM) himayəsi altında keçirilən iclasda səkkiz ölkənin - Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın antiterror bölmələrinin rəhbər şəxsləri, eləcə də Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın Müdafiə Nazirliyinin nümayəndə heyəti iştirak edib.

Tədbirin açılış mərasimində MDB ATM-in rəbəri, general-polkovnik Andrey Novikov bildirib ki, İŞİD-in əsas istehkamlarına təzyiqin artması səbəbilə onların təxribat-terror fəaliyyət metodlarında dəyişiklik olur. ATM-in rəbəri hətta İŞİD-in nəzarət etdiyi ərazilər əlindən alınacağı təqdirdə belə, terror təhlükəsinin qalacağını vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol