İŞİD paytaxt Bağdada doğru irəliləyir
Türkiyə prezidenti Abdullah Gülün sədri ilə Çankaya iqamətgahında Mosuldakı vəziyyətlə bağlı iclas keçirilib. “Anadolu” agentliyinin verdiyi məlumata görə, toplantıda Mosulda baş verənlər və Türkiyənin bu şəhərdəki 48 əməkdaşının terrorçular tərəfindən qaçırılması müzakirə edilib.
İclamda baş nazir Rəcəb Tayyib Ərdrğan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nejdət Özəl, Milli Kəşfiyyat Xidmətinin rəhbəri Hakan Fidan və başqaları iştirak ediblər.

Naynava, Anbar və Səlahəttin vilayətlərinin bir hissəsi İŞİD-in əlinə keçib. Səlahəttin vilayətinin mərkəzi Tikrit şəhərinin də qısa atışmadan sonra İŞİD-in nəzarətinə keçdiyi bildirilir.
Artıq İŞİD-in bir çox neft mədənlərini və İraq ordusuna məxsus hərbi qərərgahları da ələ keçirdiyi qeyd olunur. İŞİD-in İraqın paytaxtı Bağdada doğru irəlilədiyi bildirilir. Artıq Bağdadın 200 kilometrliyindəki strateji önəmə malik Beyci şəhəri İŞİD ordusunun nəzarətindədir.


Şərhlər