Menu

Cərimələr 20 dəfəyədək artırılır

31.05.2017, 15:55
Cərimələr 20 dəfəyədək artırılır

Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsində bir sıra maddələr üzrə cərimələrin artırılmasını nəzərdə tutan layihə müzakirəyə çıxarılıb.

Layihəni Hüquq və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.

O qeyd edib ki, ötən müddətdə İnzibati Xətalar Məcəlləsinin yenidən hazırlanması buradakı cərimələrə yenidən baxılmasını zəruri edib. Komitə sədri bildirib ki, məcəllənin 17 fəslində cərimələr 2-3 dəfədən 20 dəfəyə qədər artırılır.

Layihə səsə qoyularaq qəbul edilib.

© APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol