Menu

Bu gün 20-ci dünya çempionatı başlayır

12.06.2014, 10:52
Bu gün 20-ci dünya çempionatı başlayır

Bu gün futbol üzrə 20-ci dünya çempionatına start veriləcək.Qol.Az-ın məlumatına görə, Braziliyada təşkil olunacaq mundialın açılış matçı San-Paulu şəhərində baş tutacaq.

32 komandanın iştirakı ilə keçiriləcək turnirin açılış matçında meydan sahibləri - Braziliya və Xorvatiya yığmaları üz-üzə gələcək. Həmin görüş sabah gecə, Bakı vaxtı ilə saat saat 01:00-da başlayacaq.

Qeyd edək ki, təxminən 5 saat sonra dünya çempionatının rəsmi açılış mərasimi keçiriləcək.

12 İYUN

A qrupu

01:00. Braziliya - Xorvatiya (iyunun 12-dən 13-nə keçən gecə)

13 İYUN

A qrupu

21:00. Meksika - Kamerun

B qrupu

00:00. İspaniya - Hollandiya (iyunun 13-dən 14-nə keçən gecə)

03:00. Çili - Avstraliya (iyunun 13-dən 14-nə keçən gecə).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol