Menu

Salyanda yanğın olub

01.06.2017, 02:28
Salyanda yanğın olub

Salyan rayonu, Yenikənd kəndində yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Salyan rayonu, Yenikənd kəndində vətəndaşa məxsus “Mercedes” markali yük avtomobilinin banına yığılmış 6 ton ot bağlamasının 2,5 tonu yanıb.

Avtomobil və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol