Menu

"Muğanbank"ın İdarə Heyəti sədrinin müavini işdən çıxıb

01.06.2017, 09:26
"Muğanbank"ın İdarə Heyəti sədrinin müavini işdən çıxıb

"Muğanbank" ASC-nin rəhbərliyində dəyişiklik olub. "APA-Economics" xəbər verir ki, İdarə Heyəti sədrinin müavini Rasim İsmayılov bankla yollarını ayırıb.

Qeyd edək ki, R.İsmayılov 2001-ci ilin sentyabr ayından etibarən "Muğanbank"da çalışıb.

Hələlik onun yerinə təyinat yoxdur. Beləliklə, bankın İdarə Heyəti üzvlərinin sayı 6-ya enib.

"Muğanbank" ASC 1992-ci ildə yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol