Menu

Obama 8 milyonluq malikanə aldı - İvankanın evinin yaxınlığında

01.06.2017, 10:38
Obama 8 milyonluq malikanə aldı - İvankanın evinin yaxınlığında

ABŞ-ın keçmiş prezidenti Barak Obama Vaşinqtonda 8,1 milyon dollar dəyərində malikanə alıb. Trend-in məlumatına görə, malikanə Vaşinqtonun şimal-qərbində, hazırkı ABŞ prezidenti Donald Trampın qızı İvankanın evinin yaxınlığında yerləşir.

Obama ailəsi Ağ Evi tərk etdikdən sonra bu malikanəni icarəyə götürmüş, bu yaxınlarda onu almaq barədə qərar qəbul etmişdir. Malikanə böyüklüyü ilə diqqəti çəkir, burada 8 yataq otağı var.

Obama ailəsi sabiq prezidentin qızı Saşa məktəbi Vaşinqtonda bitirinə qədər hələ burada yaşamaq fikrindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol