«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) ilk dəfə olaraq, qitələlarası ballistik raketləri (QBR) «tutan» sistemi sınaqdan keçirib. Bu barədə xəbəri «Fox News» telekanalı yayıb.
Mütəxəssislər «tutucu raket»i hərbi-hava qüvvələrinin (HHQ) Vandenberq (Kaliforniya) aviabazasındakı yeraltı bunkerdən QBR maketinə atıblar. Maket Marşall adalarındakı «Reyqan» poliqonundan atılıb.
Raket əleyhinə müdafiə Agentliyinin nümayəndəsi Kristofer Consonun sözlərinə görə, imitasiya üçün nəzərdə tutulmuş QBR əvvəlki sınaqlarda atılmış «raket»lərdən sürətlə uçub. Bu zaman, Conson dəqiqləşdirib ki, maket Şimali Koreyanın «Sonson» raketinin maketi deyil.
Bu sınaqlar uzun illərdən bəri planlaşdırılıb, ancaq hadisələri önləmək (adlamaq) qərarı Şimali Koreyanın hərəkətlərindən sonra verilib.
Sonuncu dəfə bu sistem 2014-cü ildə testləşdirilib və o zaman sınaqlar uğurlu olub. Ancaq bundan əvvəlki 3 cəhd uğur qazanmayıb.

Şərhlər