Menu

“Silkway Bank”ın səhmdarları dəyişdi

01.06.2017, 16:48
“Silkway Bank”ın səhmdarları dəyişdi

“Silkway Bank” ASC-nin səhmdarlarında dəyişiklik olub.

Bu barədə “Report” Bankın audit hesabatına istinadən xəbər verir.

Məlumata görə, indiyə qədər “Silkway Bank”ın səhmlərinə nəzarət edən 3 fiziki şəxs ötən il bir hüquqi, 2 fiziki şəxslə əvəz edilib. Bunlardan biri yenə də Zərifə Həmzəyevadır. O, Bankın səhmlərinin 69,7%-nə nəzarət edir.

Digər səhmdarlar “Silkway Bank"ın daxil olduğu “Silkway Holding”in tərkibindəki “VİP Aviasiya Xidmətləri” MMC (30%) və Bankın İdarə Heyətinin sədri Elçin Eldar oğlu Əhmədovdur (0,3%).

Xatırladaq ki, "Silkway Bank" 2008-ci ildə yaradılıb, 1993-cü ildən fəaliyyət göstərən "Azal Bank"ın hüquqi varisidir. Onun nizamnamı kapitalı 101,545 mln. manatdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol