Menu

“Gəncəbank”da sığorta olunmamış əmanətlərin qaytarılmasına başlanılır

01.06.2017, 17:53
“Gəncəbank”da sığorta olunmamış əmanətlərin qaytarılmasına başlanılır

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) sabahdan “Gəncəbank”ın sığorta olunmamış əmanətçilərinə təzminatın ödənilməsinə başlayacaq.

Bunu Trend-ə ADIF-in icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, bankın müştəriləri sırasında sığorta olunmamış fiziki və hüquqi şəxslərin sayı 500 nəfərdən çoxdur.

O qeyd edib ki, ilk ödəmə tranşında hər bir müştəriyə 70 min manat ödəniləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol