Menu

Prezident tanınmış akademikin nəvəsinə yüksək vəzifə verdi — FOTO

01.06.2017, 19:11
Prezident tanınmış akademikin nəvəsinə yüksək vəzifə verdi — FOTO

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu təsdiqlənib.

Yeni sərəncama görə Prezident Administrasiyasının idman və gənclər siyasəti şöbəsinin müdiri Yusuf Məmmədəliyev Azərbaycan Birinci vitse-prezidentinin köməkçisi təyin edilib. Bu barədə Yusuf Məmmədəliyevin özü məlumat verib.

Yusuf Məmmədəliyev uzun müddət Heydər Əliyev Fondunun əməkdaşı olub.

Yeni şöbə müdiri respublikanın əməkdar elm xadimi, kimya elmləri doktoru, professor, SSRİ Dövlət Mükafatı laureatı Yusuf Heydər oğlu Məmmədəliyevin nəvəsidir. O babasının adını daşıyır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol