Menu

""Spartak"ın maliyyələşməsini artırmayacam" - Vahid Ələkbərov

01.06.2017, 21:16
""Spartak"ın maliyyələşməsini artırmayacam" - Vahid Ələkbərov

“Lukoyl” şirkəti Rusiya çempionu olmuş “Spartak” futbol klubunun maliyyələşdirilməsini artırmayacaq. Trend-in məlumatına görə, bunu şirkətin rəhbəri Vahid Ələkbərov deyib.

Onun sözlərinə görə, klub Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandığına görə, bu, ona əlavə qazanc əldə etməyə imkan verəcək və bu səbəbdən maliyyələşmənin artırılmasına ehtiyac yoxdu.

Bununla belə, V.Ələkbərov vurğulayıb ki, “Lukoyl” “Spartak”ın baş sponsoru olduğu üçün klubun maliyyələşməsini əvvəlki həddə saxlayacaq, azaltmayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol