Menu

Zaqatalaya dolu düşüb - FOTO

01.06.2017, 21:26
Zaqatalaya dolu düşüb - FOTO

Zaqatalada güclü küləklə müşahidə olunan qısamüddətli leysan yağışı yağıb.

"AzPolitika" "ARB Şəki"yə istinadla xəbər verir ki, rayonun Danaçı və Fındıqlı kəndlərinə dolu düşüb.

Kənd sakinlərinin dediyinə görə, təxminən 25 dəqiqə ərzində yağan dolu qoz böyüklüyündə olub. Zaqatala sakini Cabbar Rzayevin sözlərinə görə, dolu əsasən meyvə-tərəvəzə ziyan vurub: "1 santimetrə yaxın dolu var idi. Adam ayağını atanda buzun təsiri hiss olunurdu. Pomidora, kartofa ciddi ziyan dəyib".

Dəymiş zərərin məbləği aparılan hesablamalardan sonra müəyyənləşəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol