Menu

Ermənistan hərbçisi asılmış vəziyyətdə tapılıb

01.06.2017, 21:29

ermeni_esger61474867084Ermənistan hərbçisi, 1981-ci il təvəllüdlü Melik Xaçatryan ölkənin Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissənin ambarında asılmış vəziyyətdə tapılıb.

"Report"un erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, hadisə yerindən məktub tapılıb.

Fakt üzrə cinayət işi açılıb, hadisənin təfərrüatları araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol