Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarında könüllülük prinsipi ilə iştirak etmiş tələbələrə güzəştlər edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda təhsil eksperti Kamran Əsədov məlumat yayıb. O, qeyd edib ki, rektor sözügedən könüllülərə aşağıdakı güzəştlərin tətbiq olunacağını açıqlayıb:
1) Bütün könüllülər 51 baldan yuxarı toplanması təmin ediləcək (kəsr olmayacaq);
2) Maksimum 10 bala qədər güzəşt ediləcək. Yəni tələbə 61 bal toplayıbsa bu bal 71 olacaq, 81 toplayıbsa 91 olacaq və s.;
3) Könüllülər öz qiymətindən narazı olarsa, yenidən imtahan təşkil ediləcək;
4) Bütün qayıblar silinərək davamiyyətdən 10 bal veriləcək.


Şərhlər