İraqın Mosul şəhərini və bir sıra vilayətlərini ələ keçirən İraq Şam İslam Dövləti Suriyada PKK-ya da zərbə endirib. Avropa.info xəbər verir ki, Suriyanın Haseki şəhərinin Rasulayn qəsəbəsində bomba qoyulmuş avtomobillə PKK-ya hücum edən İŞİD 30 nəfəri öldürüb.
Ərazi Türkiyə sərhədinin bir neçə kilometrliyində olduğu üçün, partlayış Ceylanpınardan görünüb. Türkiyə Sərhəd qoşunları həyacan siqnalı ilə qaldırılsa da, sonradan partlayışın səbəbləri öyrənilib. 30 PKK-çının öldürüldüyü partlayışda, yaralıların xəstəxanaya aparıldığı bildirilir.


Şərhlər