Menu

Ölkəyə narkotik vasitə gətirilməsinin qarşısı alınıb

01.06.2017, 22:39
Ölkəyə narkotik vasitə gətirilməsinin qarşısı alınıb

Ölkəyə narkotik vasitə gətirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşına məxsus iki ədəd “Kent” markalı siqaret qutusuna gömrük baxışı keçirilib.

Baxış zamanı, həmin qutuların içərisində, yarıdan qırılmış siqaretlərin altında, hər qutuda 3 büküm olmaqla, cəmi 6 ədəd bükümdə xalis çəkisi 57,259 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol