Menu

Türkiyədən Rusiyaya ən azı 3 il pomidor ixrac edilməyəcək

02.06.2017, 00:18
Türkiyədən Rusiyaya ən azı 3 il pomidor ixrac edilməyəcək

Türkiyədən pomidor alışı ilə bağlı qadağanın müddəti ən azı üç il uzadılacaq. Bunu Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev deyib.

Nazir Rusiyanın pomidor idxalını təqribən iki dəfə azaltdığını bildirib:

"Ölkəmizdə 800 min ton pomidor istehsal edirik. İstehsal həcmini təqribən daha yarım milyon ton artırmalıyıq. İdxalla bağlı qadağa hələ 3-5 il qüvvədə qalacaq. Buna görə də Türkiyədən pomidor alışından söhbət gedə bilməz". (virtualaz.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol