Menu

Bank sektoru mənfəətliliyini qoruyur - Palata

02.06.2017, 11:03
Bank sektoru mənfəətliliyini qoruyur - Palata

2017-ci il mayın 1-nə bank sektorunun xalis mənfəəti 148,1 mln. manat təşkil edib.

"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata istinadən xəbər verir ki, bu ilin dörd ayında bankların faiz gəlirləri 675 mln. manat, faiz xərcləri isə 332,4 mln. manat olub.

Qeyd edək ki, hesabat dövrü ərzində banklar tərəfindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 243,7 mln. manat vəsait ayrılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol