Menu

Bakı-Quba yolunda dəhşətli qəza - VİDEO

02.06.2017, 18:23
Bakı-Quba yolunda dəhşətli qəza - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın verdiyi məlumata görə, hadisə magistralın 90-cı kilometrliyində qeydə alınıb. "VAZ 2107” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində maşında olan bir ailənin 3 üzvü xəsarət alıb. Xəsarət alanlar, Bakı şəhər sakinləri 1951-ci il təvəllüdlü İnqilab Nəcəfov, 1955-ci il təvəllüdlü Lətifə Nəcəfova və 1981-ci il təvəllüdlü Məhəmməd Nəcəfov Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyətləri orta ağırdır.

Fakt araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol