Menu

Putin Suriyanın parçalanacağından ehtiyatlanır!

02.06.2017, 18:19
Putin Suriyanın parçalanacağından ehtiyatlanır!

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin Sankt-Peterburq beynəlxalq iqtisadi forumunda (PBİF) bəyan edib ki, Suriya ərazisinin mümkün bölüşdürülməsi perspektivi Rusiyada narahatlıq doğurur.

Xəbəri «TASS» agentliyi yayıb.

«Biz, hazırda təhlükəsizlik zonaları yaradırıq. Burada da müəyyən narahatlıq var - bu zonalar sonradan ölkənin gələcək bölüşdürülməsi modelinin proobrazına çevrilməyəcək ki?» - deyə, Putin narahatlığını belə ifadə edib.

Prezident izah edib ki, Rusiyanın mövqeyi ondan ibarətdir ki, bu «yaradılmışlar», bu zonalar, əksinə, «ölkənin mərkəzi hökuməti (Bəşər Əsəd hökuməti - red.) ilə hansısa bir qarşılıqlı fəaliyyətə» başlasın, heç olmasa, hansısa bir dialoqa başlansın və bu, gələcək siyasi səhnədə əməkdaşlığın proobrazına çevrilə bilərdi - ölkənin bütün ərazisinə qanuni hökumətin nəzarətinin bərpasına və Suriyanın ərazi bütövlüyünün saxlanmasına xidmət göstərərdi…

«Bu, mümkündür, yoxsa yox? Qəribə görünsə də, mənim fikrimcə, mümkündür. Buna misal olaraq, bəzi anklavları göstərmək olar ki, Dəməşqin yaxınlığında yerləşən həmin anklavlara silahlı müxalifət nəzarət edir».

Rusiya Prezidentinin sözlərinə görə, onlara Bəşər Əsədin mərkəzi hökuməti yox, müxalifət nəzarət edir, insanlar isə bir-biri ilə ünsiyyətdə olurlar, «deməli, hansısa əməkdaşlıq mümkündür».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol