Menu

"İŞİD-ə qarşı əməliyyatlarda 484 dinc sakin həlak olub" - Koalisiya

02.06.2017, 21:41
"İŞİD-ə qarşı əməliyyatlarda 484 dinc sakin həlak olub" - Koalisiya

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraq və Suriyada İŞİD-ə qarşı əməliyyatları zamanı azı 484 dinc sakin həlak olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə koalisiyanın məruzəsində bildirilir.

"Daxil olmuş informasiyalara əsasən çox güman ki, azı 484 dinc sakin əməliyyatın başlanğıcından koalisiyanın zərbələri nəticəsində həlak olub", - deyə sənəddə qeyd olunur.

Məruzədə göstərilib ki, koalisiya apreldə İraq və Suriyada İŞİD-in məhv edilməsi üzrə əməliyyatlara dəstək vaxtı endirilmiş zərbələr nəticəsində mümkün qurbanlar haqqında 43 yeni xəbər alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol