Menu

“Aqrolizinq”in zərəri 17 dəfədən çox artıb

03.06.2017, 10:19
“Aqrolizinq”in zərəri 17 dəfədən çox artıb

“Aqrolizinq” ASC 2016-cı ili 11 milyon 75 min manat zərər ilə başa vurub.

“Marja” ASC-nin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2015-ci illə müqayisədə zərər 17,3 dəfə artıb. “Aqrolizinq” 2015-ci ilin yekunları üzrə 639 min 694 manat zərər açıqlamışdı.

Ötən il ASC-nin əsas əməliyyat gəliri 127 milyon 622 min manat, satışın maya dəyəri isə 120 milyon 970 min manat təşkil edib.2015-ci ildə “Aqrolizinq”in əsas əməliyyat gəliri 113 milyon 205 min manat, satışın maya dəyəri 102 milyon 348 min manat təşkil etmişdi.

31 Dekabr 2016-cı il tarixinə “Aqrolizinq”in cəmi aktivləri 752 milyon 496 milyon manat təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol