Menu

Latviyada NATO-nun genişmiqyaslı təlimləri başlayıb

03.06.2017, 12:26
Latviyada NATO-nun genişmiqyaslı təlimləri başlayıb

Latviyada NATO-nun "Saber Strike 2017" beynəlxalq hərbi təlimləri başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, təlimlərdə İtaliya, Norveç, Litva, Böyük Britaniya, Polşa, Slovakiya, ABŞ və Latviyanın özündən 2 mindən çox hərbçi iştirak edəcək.

Təlimlərin başlanması ilə bağlı mərasim Adajidəki hərbi poliqonda baş tutub. Mərasimdə ölkənin Milli Silahlı Qüvvələrinin komandanı Leonids Kalnınş da iştirak edib.

Təlimlər iyunun 15-də başa çatacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol