Menu

Azərbaycan Həştərxanda zavod açır

03.06.2017, 13:59
Azərbaycan Həştərxanda zavod açır

Azərbaycanın "Atef-russ" şirkəti Həştərxanda "Lotos" xüsusi iqtisadi zonasında ilk investor olub.

Bu barədə Peterburq beynəlxalq iqtisadi forumunda regionun qubernatoru Aleksandr Jilkin deyib.

Onun sözlərinə görə, Azərbaycan şirkəti 2018-ci ildə burada elektrik mühərrikləri istehsalı üzrə zavod açacaq. Artıq şirkət elektrik mühərrikləri və elektrik komponentlərinin istehsalı üzrə zavodun tikintisinə başlayıb.

Qubernator bildirib ki, zavodun istehsal edəcəyi məhsullara Rusiya bazarında böyük tələbat var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol