Menu

Tramp sabiq kapitanı nazir təyin edir! - Senat nə deyəcək?

03.06.2017, 15:55
Tramp sabiq kapitanı nazir təyin edir! - Senat nə deyəcək?

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp keçmiş dəniz piyadası kapitanı Riçard Spenserin namizədliyini ölkənin hərbi-dəniz qüvvələri (HDQ) naziri postuna irəli sürüb.

Bu barədə Ağ Evin mətbuat xidməti xəbər verib.

Hal-hazırda Spenser «Fall Creek Management» investisiya şirkətinin sahiblərindən biridir. Son 12 ildə o, maliyyə sektorunda çalışıb.

Namizədliyi senat tərəfindən təsdiqlənməli olan Spenser keçmişdə dəniz piyadaları kapitanı olub və 5 il ərzində müdafiə biznesi Şurasında xidmət keçib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol