«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiyanın «Admiral Kuznetsov» aviadaşıyıcı gəmisi təmir və modernləşdirməyə dayanır. Bunun üçün 50 milyard rubl vəsaitin xərclənəcəyi bildirilir.
Maraqlı dövlət strukturları bu məsələni gələn həftə müzakirəyə çıxarmaq fikrindədirlər. Xəbəri, vəziyyətlə tanış olan mənbəyə istinadla, «İnterfaks» agentliyi yayıb.
Mənbə qeyd edib ki, Hindistan donanmasının oxşar «Vikramaditya» aviadaşıyıcısının təmir və modernləşdirilməsinə bundan 5 dəfə artıq vəsait lazım gəlib.
«Admiral Kuznetsov» fevral ayında uzaq səfərdən qayıdıb. Gəmi Suriya sahillərində hərbi əməliyyatlarda iştirak edib.

Şərhlər