
Bu barədə «teleqram-kanal Mash» məlumat verib.
«Mənə onların heç nəyi lazım deyil» - deyə, qadın Almaniyadakı Rusiya səfirliyinin kömək təklifinə belə reaksiya verib.
Məlum olub ki, uşağı öldürülmüş qadın Almaniyadan siyasi sığınıcaq almış «dissident»dir. O, Rusiya nümayəndələri ilə təmasda olmaq istəmir. Bundan başqa, ana özü barədə məlumatların Rusiya səfirliyinə verilməsini polisə qadağan edib.
Xatırladaq ki, Almaniyada Əfqanıstandan olan 41 yaşlı kişi Rusiyadan olan 5 yaşlı oğlan uşağını öldürüb. Alman nəşrləri xəbər verirlər ki, sözügedən əfqanıstanlı kişi qaçqın düşərgəsinin yaxınlığında 5 və 6 yaşlı iki uşaq anasına hücum çəkib. O, 5 yaşlı oğlanı öldürüb. İkinci uşaq isə zərər çəkməyib. Hadisə yerinə gələn polis qatili güllələyib.


Şərhlər