Menu

Litva Rusiya ilə sərhədi boyunca divar tikintisinə başladı

05.06.2017, 17:49
Litva Rusiya ilə sərhədi boyunca divar tikintisinə başladı

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Litva özünün Rusiya ilə sərhədi boyunca divar tikintisinə başlayıb. Xəbərə görə, divarın ucaldılması məqsədilə dövlətin büdcəsindən 1 milyon avrodan artıq vəsait ayrılıb. Bu ilin sonuna qədər divarın ilk 44 kilometri hazır olmalıdır.

Rəsmi qaydada təsdiqlənir ki, bu, qaçaqmalçılıq və qeyri-leqal miqrasiyanın qarşısının alınması məqsədilə edilir.

Xatırladaq ki, ötən il Estoniya və Latviya da Rusiya ilə sərhədlərində divar ucaltmaq niyyətində olduqlarını elan etmişdilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol