Menu

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

05.06.2017, 22:21
Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Gəncədə avtomobil piyadanı vurub öldürüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində, 32 saylı orta məktəbin qarşısında qeydə alınıb.

Məlumata görə, yolu keçmək istəyən piyada qadın “VAZ 21 015” markalı avtomobil tərəfindən vurulub. Qadın hadisə yerində ölüb. Onun şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə tədbirlər görülür.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol