Menu

QUDAL təşkilatı: "İlham Əliyev dünyada ən yaxşı prezidentdir"

13.06.2014, 11:05
QUDAL təşkilatı: "İlham Əliyev dünyada ən yaxşı prezidentdir"

Musavat.com-un ünvanına QUDAL – QUality meDAL, Beynəxalq ICERTIAS – International Certification Association təşkilatında daxil olan məktubda göstərilir ki, İlham Əliyev dünyada ən yaxşı prezident seçilib. Məktubun sərlövhəsi məhz bu cürdür:

İlham Əliyev dünyada ən yaxşı siyasətçi kimi seçilmişdir

Daha sonra göstərilir ki, İsveçrə təşkilatı olan ICERTIAS tərəfindən Azərbaycanda keçirilən ilk QUDAL – Keyfiyyət Medalı sorğusunda dünyada ən yaxşı siyasətçinin kim olması barədə verilən sualı Azərbaycanlı vətəndaşlar belə cavablandırmışlar: İlham Əliyev

Qeyd olunur ki, sorğu azərbaycanlı vətəndaşlar arasında və bu ilin may ayında 15 yaşdan yuxarı 1 200 Azərbaycan vətəndaşı arasında keçirilib.

Verilən informasiyaya görə, respondentlərə ünvanlanan sual belə olub:

“Sizcə, hal-hazıırda dünyada ən yaxşı siyasətçi kimdir?”

Respondentlərin əksəriyyətinin bu suala cavabı belə olmuşdur - “İlham Əliyev”.

Təşkilat qeyd edir ki, İlham Əliyev həmçinin, ən yaxşı yerli siyasətçi kateqoriyasında da ən yüksək səs sayı ilə irəlidədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol