Səudiyyə Ərəbistanının bizə qarşı qaldırdığı ittihamlar ziddiyyətlərlə doludur.Axar.az xəbər verir ki, bu sözləri Qətər Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Tani CNN-ə açıqlamasında deyib.
O bildirib ki, problem danışıqlar yolu ilə həll edilməlidir:“Modern ölkəmiz Yaxın Şərqdə sülhü gücləndirmək üçün çalışır. Biz supergüc deyilik. Məsələlərin münaqişə ilə həll ediləcəyinə inanmırıq. Qətər terroru maliyyələşdirənlərlə mübarizə aparır və dünyanı potensial terrorçulardan qoruyur. Səudların açıqlamaları ziddiyyət təşkil edir. Çünki İranı, Suriyadakı radikal qrupları, eyni zamanda Səudiyyədə və Yəməndə Müsəlman Qardaşlarını, digər tərəfdən də husiləri dəstəklədiyimizi söyləyirlər. Regionda isə bunlar biri-birinə düşməndir. Səudlarla kəşfiyyat sahəsində əməkdaşlığımız əslində Səudiyyənin təhlükəsizliyinə xidmət edirdi”.


Şərhlər