Menu

Son mundialın finalçıları üz-üzə

13.06.2014, 13:02
Son mundialın finalçıları üz-üzə

Bu gecə Braziliyada keçirilən futbol üzrə dünya çempionatında B qrupunda mübarizəyə start veriləcək. Apasport.az saytının məlumatına görə, qrupun favoritləri olan İspaniya Hollandiya ilə qarşılaşacaq.

Bu qarşılaşma prinsipiallığı ilə də diqqət mərkəzində olacaq. Belə ki, bu komandalar 2010-cu ildə CAR-da keçirilən DÇ-nin finalında üz-üzə gəlib. İspaniya həmin görüşdə “Barselona”nın yarımmüdafiəçisi Andres İnyestanın əlavə vaxtda vurduğu yeganə qol ilə qalib gəlməklə ilk dəfə mundial qalibi adını qazanmışdı.

Ümumiyyətlə, bu komandalar 10 dəfə üz-üzə gəlib. Üstünlük İspaniyanın tərəfindədir. Belə ki, ispanlar 5, hollandiyalılar 4 dəfə qalib gəlib. 1 görüşdə isə sülh qeydə alınıb. Top fərqində də Pireney yarımadasının təmsilçisi üstündür – 16:11.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol