Lənkəran rayonunun Liman şəhərində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun xəbərinə görə, hadisə bu gün saat 11.00 radələrində Ələt- Astara magistralında qeydə alınıb.
“Mercedes” markalı, 10 OR 044 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan Səfərov Kənan Adil oğlu və Səfərov Xalid Xaliq oğlu ölüb.
[gallery columns="5" size="full" ids="328285,328286,328287,328288,328289"]


Şərhlər