Menu

Təhsil haqlarının ödənilməsi yalnız nağdsız həyata keçiriləcək

07.06.2017, 18:28
Təhsil haqlarının ödənilməsi yalnız nağdsız həyata keçiriləcək

Azərbaycanda təhsil haqlarının ödənilməsi qaydası dəyişdirilir.

APA-nın məlumatına görə, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik təklif edilir.

Qanunun 38-ci (Təhsil müəssisəsinin maliyyələşdirilməsi) maddəsinə təklif olunan dəyişikliyə əsasən “təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək”.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və iyunun 13-də müzakirəyə çıxarılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol