Menu

Hindistanda zavodda partlayış baş verib: ölənlər və yaralananlar var

08.06.2017, 03:01
Hindistanda zavodda partlayış baş verib: ölənlər və yaralananlar var

Hindistanda fişəng istehsal edən zavodda güclü partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə "Agency France Presse" yerli məmura istinadən məlumat yayıb.

Agentliyin xəbərinə görə, hadisə Madya-Pradeş ştatında, Balaqhat rayonunda qeydə alınıb. Partlayış nəticəsində 20 nəfər ölüb, daha 10 nəfər xəsarət alıb.

Yanğınsöndürənlər zavoddakı yanğını 2 saata söndürüblər. Hadisə yerində 20 yanmış cəsəd aşkarlanıb.

İlkin məlumata görə, hadisəyə işçilərdən birinin ehtiyatsızlıq edərək papiros çəkməsi olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol