AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çin Xalq Respublikası (ÇXR) bu ilin noyabr ayında Aya peyk göndərməyi planlaşdırır. Çin milli kosmik idarəsi (CNSA) «Çane-5» peykinin Aya göndəriləcəyi tarixi də müəyyən edib.
Kosmik aparatın buraxılması noyabrın 30-da «Çançjen-5» (Böyük yürüş-5) daşıyıcı raketinin köməyi ilə baş tutacaq. Onun sınaq buraxılışı iyulun 2-də Vençan aerodromundan həyata keçiriləcək.
Bundan əvvəl CNSF «Tyanqun-3» («Qalaktika-3») gələcək kosmik stansiyanın sxemini dərc etmişdi. Onun kosmosa göndərilməsi 2018-2022 illərə planlaşdırılıb. Bununla, Pekin özünün 3-cü kosmik proqramının icrasına başlayıb.
Artıq ölkədə orbitə göndərilmək üçün yeni kosmonavtların seçimi prosesinə start verilib. Onların arasında iki qadın da var.

Şərhlər