Menu

Ermənistan hərbçisi pul borcuna görə intihar edib

08.06.2017, 13:29

ermeni_esger61474867084Ermənistan Silahlı Qüvvələri Sülhmərarmlı qoşununun baş əsgəri, 36 yaşlı Melik Xaçatryan bir neçə min dollarlıq borcuna görə özünü asıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, hərbi hissədə anbar müdiri işləyirmiş. Hərbçi qohumlarına ünvanladığı məktubda krediti və ayrı-ayrı şəxslərə bir neçə min dollarlıq borcu olduğunu, ancaq ödəyə bilmədiyini yazıb: “Mən bu borcları ödəyə bilmirəm. Dözmürəm”.

Hərbçi intihara bir neçə gün imiş hazılaşırmış. Onun hərbi hissə ərazisində asılmış halda meyitini orada qulluq edən qardaşı aşkarlayıb.

Qeyd edək ki, bu il iyunun 1-də 1981-ci il təvəllüdlü Melik Xaçatryan ölkənin Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissənin anbarında asılmış vəziyyətdə tapılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol