Nəqliyyat Müfəttişliyinin əməkdaşının rüşvət alarkən çəkilmiş görüntüləri yayılıb.
"AzPolitika" Goldnews.az-a istinadla xəbər verir ki, videoda müfəttşiliyin əməkdaşı sürücləri saxlayaraq onlardan pul alır.
Görüntülər Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisində çəkilib.
Musa adlı nəqliyyat işçisi yük maşını sürücüsünü saxlayıb, ondan pul alır. Həmin anlar kameraya düşüb.


Şərhlər