Menu

Somalidə terrorçular şəhəri ələ keçiriblər

08.06.2017, 15:03
Somalidə terrorçular şəhəri ələ keçiriblər

Terrorçu “Aş-Şabab” qruplaşmasının Somalinin şimal-qərində yerləşən Af Urur şəhərini ələ keçirməsi nəticəsində 60-da çox hərbçi ölüb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu regionun qubernatoru Bari Yusuf Məhəmməd bildirib.

“İyunun 8-də səhər saatlarında “Aş-Şabab” Af Urur şəhərnə hücum edib. Hərbçilərin sayı az olduğundan terrorçular şəhəri ələ keçiriblər. Şəhərlə əlaqə kəsildiyindən qurbanların sayını dəqiqləşdirmək mümkün deyil”, - o vurğulayıb.

Terrorçular Somalinin 61 hərbçisini öldürdüklərini bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol