Menu

Nazirlikdən Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı barədə AÇIQLAMA

08.06.2017, 20:32
Nazirlikdən Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı barədə AÇIQLAMA

Bakı-Tbilisi-Qars dəmir yolunun açılacağı dəqiq tarix məlum deyil.

Bu barədə Trend-ə Türkiyənin Nəqliyyat, Gəmiçilik və Rabitə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, hazırda dəmir yolunun açılış tarixi razılaşdırılır.

Açılış mərasimində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirak edəcəyi istisna olunmur.

Qeyd edək ki, daha əvvəl Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan bildirmişdi ki, BTQ dəmir yolu bu ilin iyun ayının sonlarında istifadəyə veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol