Menu

Yanukoviç sevgilisi ilə Soçidə kef edir

13.06.2014, 15:21
Yanukoviç sevgilisi ilə Soçidə kef edir

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç sevgilisi Lyubov Polejayla birlikdə Rostovdan Soçiyə gedib.Axar.az xəbər verir ki, bu barədə Moskvanın Şimal adiministrasiya dairəsinin keçmiş prefekti Oleq Mitvol məlumat verib.

“Məndə olan məlumata görə, o, hazırda vətəndaş nikahında yaşadığı Lyubov Polejayla Soçidədir. Nə işlə məşğuldur? Sağ olsun sizin ölkə, (Rusiya nəzərdə tutulur - red) o, heç nəylə məşğul olmur”, - deyə Mitvol jurnalistlərə bildirib.

Qeyd edək ki, Ukraynadakı məlum hadisələrdən sonra Viktor Yanukoviç ölkədən qaçıb. Ukrayna prokurorluğu keçmiş prezident barəsində cinayət işi açıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol