Menu

Qəbələdə 250 qoyunu ildırım vurub – VİDEO

09.06.2017, 00:38
Qəbələdə 250 qoyunu ildırım vurub – VİDEO

Qəbələdə 250 qoyunu ildırım vurub.

"AzPolitika" xezerxeber.az-a istinadla xəbər verir ki, dəhşətli hadisə rayonun Laza kəndində Yeddi sərpic dağının ətəyində baş verib.

Yaylağa aparılan sürüyə ildırım düşüb, nəticədə qoyunlardan 250-si yerindəcə tələf olub. İldırımın şiddətindən çobanlar da bir müddət şok keçiriblər.

Təxminən yarım saat sonra özlərinə gəldikdə isə acı mənzərənin şahidi olublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol