Bu gün saat 15:00-da Bakı Ağır Cinayətlər Məhkəməsində siyasi məhbus Ömər Məmmədovun növbəti məhkəmə prosesinin keçirilməsi nəzərdə tutulmuşdu.
Dünən onun vəkili Xalid Bağırov musavat.com-a bildirmişdi ki, bu dəfəki məhkəmədə prosesində prokuror Ömər Məmmədova iş istəyəcək: "Biz də vəkillər olaraq son sözümüzü deyəcəyik. Həmçinin ola bilsin ki, Ömər Məmmədov da məhkəmədə son sözünü desin".
Ancaq musavat.com-un əməkdaşının verdiyi son məlumata görə, bu günə təyin olunmuş məhkəmə prosesi sabaha qədər təxirə salınıb. Məhkəmənin təxirə salınmasına əsas səbəb kimi prosesdə iştirak edən vəkillərdən birinin prosesə qatılmaması göstərilib.


Şərhlər